...

Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi və amerikalı senator Gürcüstanla bağlı xarici təhlükələri müzakirə ediblər

Siyasət Materials 30 Sentyabr 2009 12:36 (UTC +04:00)
Gürcüstan-Amerika münasibətləri və ölkə qarşısında duran təhlükələr Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Eka Tkeşelaşvilinin görkəmli amerikalı senator Con Liberman ilə görüşü zamanı müzakirələrin əsas mövzusu olub.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi və amerikalı senator Gürcüstanla bağlı xarici təhlükələri müzakirə ediblər

Gürcüstan, Tbilisi, 30 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/

Gürcüstan-Amerika münasibətləri və ölkə qarşısında duran təhlükələr Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Eka Tkeşelaşvilinin görkəmli amerikalı senator Con Liberman ilə görüşü zamanı müzakirələrin əsas mövzusu olub.

Görüşdə Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya və digər rəsmi şəxslər də iştirak edib.

Tkeşelaşvilinin jurnalistlərlə görüşdən bəyan etdiyi kimi, görüşdə Gürcüstandakı və işğal olunmuş ərazilərdəki ümumi vəziyyət təfsilatlı şəkildə müzakirə olunub.

"Bununla yanaşı, Rusiya təhlükəsi, beynəlxalq cəmiyyətin bu təhlükələrə qarşı müqavimət göstərilməsində dəstəyi, həmçinin ABŞ ilə tərəfdaş münasibətlərinin dərinləşməsi haqqında söhbət aparılıb", - Tkeşelaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti