...

Bakıda Islam olkələrinin mədəniyyət nazirlərinin konfransı keçiriləcək

Siyasət Materials 3 Oktyabr 2009 07:24 (UTC +04:00)

Fransa, Strasburq, 3 oktyabr/ Trend , müxbir A.Məhərrəmli/ 2009-cu il oktyabrın 13-15-də Bakıda Islam olkələrinin mədəniyyət nazirlərinin 6-cı konfransı keçiriləcəkdir. Bu barədə məlumat cümə günü Trend -a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən verilib.

" Konfrans zamanı ötən ilin dekabrında Bakıda Avorpa Şurası Mədəniyyət Nazirlərinin konfransında əsası qoyulmuş "Bakı prosesi"nin davamı olaraq, Islam ölkələrinin və bir sıra AŞ üzvü olan ölkələrin Mədəniyyət nazirlərinin mədəniyyətlərarası dialoq üzrə dəyirmi masasının təşkil olunması nəzərdə tutulur. Konfransda Avstriya, Çex Respublikası, Gürcustan, Fransa, Ispaniya, Isveç, Italiya, Moldova, Norveç, Polşa, Sloveniya və Müqəddəs Taxt-tacın müvafiq nazirliklərinin nümayəndələrinin iştirakı gözlənilir. Bundan əlavə, Islam Konfransı Təşkilatından müşahidəçi statusuna malik Albaniya, Bosniya və Herseqovina və Rusiya da adıçəkilən konfransa dəvət edilib"-deyə məlumatda bildirilir.

Tədbirdə həmçinin AŞ-nin Mədəniyyət, təhsil, gənclər və idman üzrə Baş direktoru Qabriella Battaini-Draqoni və Mədəniyyət üzrə Direktor Rober Palmer istirak edəcək.

Konfrans Azərbaycanın mədəniyyətlərarası dialoqda rolunun təsdiqi baxımından böyük əhəmiyyət kəsb edir və yuxarıda qeyd edildiyimi kimi, "Baki prosesi"nin davamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti