...

Türkiyənin xarici işlər naziri Niderland Krallığına səfər edəcək

Siyasət Materials 6 Oktyabr 2009 11:39 (UTC +04:00)
Davudoğlunun Hollandiyanın rəsmi şəxsləri ilə ikitərəfli münasibətləri, Türkiyənin Avropa İttifaqına daxil olması və digər regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Niderland Krallığına səfər edəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Niderland Krallığına səfər edəcək, bu barədə Anadolu İnformasiya agentliyi xəbər verir.

Davudoğlunun Hollandiyanın rəsmi şəxsləri ilə ikitərəfli münasibətləri, Türkiyənin Avropa İttifaqına daxil olması və digər regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir. 

Davudoğlu və onun həmkarı, Niderland Krallığının xarici işlər naziri Maksim Verhagen (Maxime Verhagen) ikitərəfli münasibətlərin fəallaşdırılması məsələləri üzrə 2008-ci ilin mart ayında imzalanan "Qarşılıqlı anlaşma haqqında" memorandum çərçivəsində III Türkiyə-Niderland konfransını açacaqlar.

Türkiyənin milli Təhsil, Mədəniyyət, Turizm, Enerji və Təbii Resurslar nazirliklərinin yüksək vəzifəli məmurları hollandiyalı həmkarları ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti