...

İtaliya ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir - səfir

Siyasət Materials 7 Oktyabr 2009 20:23 (UTC +04:00)
İtaliyanın Azərbaycana təyin olunmuş yeni səfiri ölkələrimiz arasındakı münasibətlərdən razıdır. Trend News-un məlumatına görə, bu barədə səfir Mario Baldi xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşündə bildirib.
İtaliya ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir - səfir

Azərbaycan, Bakı, 07 oktyabr /Tren News/

İtaliyanın Azərbaycana təyin olunmuş yeni səfiri ölkələrimiz arasındakı münasibətlərdən razıdır. Trend -un məlumatına görə, bu barədə səfir Mario Baldi xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşündə bildirib.

İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirən Baldi fəaliyyət göstərəcəyi müddətdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi istiqamətində çalışacağını bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumatına əsasən, səfir Mario Baldi Azərbaycana səfir təyin olunduğundan və ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirib.

Özü haqqında məlumat verən qonaq İtaliyanın Rusiyadakı səfirliyində işlədiyi müddətdə regionumuzda gedən prosesləri yaxından izlədiyini qeyd edib.

Bakıda qısa müddət ərzində olduğunu qeyd edən italiyalı diplomat Azərbaycanda gedən inkişaf prosesinin şahidi olduğunu, ölkəmizdə geniş əhatəli diplomatik korpusun olmasından heyrətləndiyini vurğulayıb və bunu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən diqqət kimi səciyyələndirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan-İtaliya əlaqələrinin intensivləşdirilməsi üçün mövcud geniş imkanlardan daha səmərəli şəkildə istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd edib.

Görüşdə ikitərəfli əlaqələrin perspektivləri, Azərbaycanın xarici siyasət prioritetləri, regional məsələlər, xüsusilə Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsi haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti