Azərbaycan, Lənkəran, 10 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub Lerik rayonunda (paytaxt Bakıdan 300 kilometr aralı) polis şöbəsi rayon meşə idarəsinin əməkdaşları ilə birgə reydlər keçirir.
Trend -un məlumatına görə, rayon polis şöbəsindən bildirilib ki, reydlər nəticəsində meşədən qanunsuz odun daşıyan iki maşın saxlanılıb.
Həmin maşınlar cərimə meydançasına aparılıb. Sürücülər Lerik rayon Çayrud kənd sakini Şakir Bəhmənov və Lənkəran şəhər sakini Asəf Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. İlkin araşdırma zamanı odunun digər raryonlara satmaq məqsədilə aparıldığı müəyyən olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Azərbaycanın cənubunda meşədən qanunsuz odun daşıyan avtomobillər saxlanılıb
Azərbaycanın cənub Lerik rayonunda (paytaxt Bakıdan 300 kilometr aralı) polis şöbəsi rayon meşə idarəsinin əməkdaşları ilə birgə reydlər keçirir.