...

Azərbaycan Prezidenti Barak Obamanı Nobel sülh mükafatı ilə təltif edilməsi münasibətilə təbrik edib

Siyasət Materials 10 Oktyabr 2009 16:39 (UTC +04:00)
Bu ali mükafat Yer üzündə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, münaqişələrin danışıqlar, dialoq yolu ilə aradan qaldırılması istiqamətindəki fəaliyyətinizə verilən layiqli qiymətdir. Bu gün dünya miqyasında baş verən proseslərdəki müsbət dəyişikliklər, beynəlxalq siyasətdə yaranmış yeni ab-hava Sizin adınızla bağlıdır. Bu xoş dəqiqələrdə Sizə, cənab Prezident, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram" İlham Əliyev təbrik məktubunda deyib.
Azərbaycan Prezidenti Barak Obamanı Nobel sülh mükafatı ilə təltif edilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanı Nobel sülh mükafatı ilə təltif edilməsi münasibətilə təbrik edib, şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.
 
"Bu ali mükafat Yer üzündə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, münaqişələrin danışıqlar, dialoq yolu ilə aradan qaldırılması istiqamətindəki fəaliyyətinizə verilən layiqli qiymətdir. Bu gün dünya miqyasında baş verən proseslərdəki müsbət dəyişikliklər, beynəlxalq siyasətdə yaranmış yeni ab-hava Sizin adınızla bağlıdır. Bu xoş dəqiqələrdə Sizə, cənab Prezident, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram" İlham Əliyev təbrik məktubunda deyib.
 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti