...

MDB Parlament Assambleyası DİMBİ Bakı filialı bələdiyyə seçkisi ilə bağlı təlim kursları keçirəcək

Siyasət Materials 13 Oktyabr 2009 12:32 (UTC +04:00)
MDB PA DİMBİ-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a bildiriblər ki, filial “Azərbaycanda bələdiyyə seçkiləri” mövzusunda geniş tədqiqat işləri aparır. İnstitut bələdiyyə seçkiləri ilə bağlı plan üzrə bir neçə istiqamətdə monitorinqlər həyata keçirməyə, araşdırma və ictimai rəy sorğusu aparmağa başlayıb.
MDB Parlament Assambleyası DİMBİ Bakı filialı bələdiyyə seçkisi ilə bağlı təlim kursları keçirəcək

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir M.Əliyev/

MDB Parlament Assambleyası Şurası Katibliyinin Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDPA DİMBİ) Bakı Filialı "Bələdiyyə seçkilərində yerli müşahidəçilərin hazırlanması" mövzusunda təlim kursları keçirəcək.

MDB PA DİMBİ-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, filial "Azərbaycanda bələdiyyə seçkiləri" mövzusunda geniş tədqiqat işləri aparır. İnstitut bələdiyyə seçkiləri ilə bağlı plan üzrə bir neçə istiqamətdə monitorinqlər həyata keçirməyə, araşdırma və ictimai rəy sorğusu aparmağa başlayıb.

Seçkilərlə əlaqədar, MDB PA DİMBİ Bakı Filialının ofisində, iştirakçıların çoxluğu nəzərə alınaraq paytaxtda, eləcə də regionlarda təlim kursları keçiriləcək. Məqsəd 2009-cu il bələdiyyə seçkilərində iştirak etmək istəyən tərəflərin müşahidəçilərini hazırlamaqdır.

Təlim kursunda seçki müşahidəçilərinin hazırlanması, o cümlədən müşahidənin təşkili və aparılması qaydası, müşahidəçinin hüquq və vəzifələri, müşahidənin prinsipləri və s. vacib nəzəri biliklər tədris olunacaq.

Təlim kurslarında siyasi partiyalar, qeyri-hökumət və gənclər təşkilatları, ictimai birliklər və müstəqil tərəfləri təmsil edən şəxslər iştirak edə bilərlər. Təlim Azərbaycan dilində və seçkilərə start verilməsindən başlamaqla seçki gününə qədər keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyənlər ətraflı məlumat üçün MDB PA DİMBİ Bakı Filialının internet saytına (www.bmi.com.az) müraciət edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti