...

Xarici hərbi müşahidəçilər Qazaxıstanın cənubundakı aviabaza ilə tanış olacaqlar

Siyasət Materials 13 Oktyabr 2009 18:42 (UTC +04:00)
Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, xarici hərbi müşahidəçilər Almatı vilayətindəki (Qazaxstanın cənubu) aviabaza və desant-hücum briqadası ilə tanış olacaqlar.
Xarici hərbi müşahidəçilər Qazaxıstanın cənubundakı aviabaza ilə tanış olacaqlar

Qazaxstan, Astana, 13 oktyabr / Trend , K.Konırova/

Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, xarici hərbi müşahidəçilər Almatı vilayətindəki (Qazaxstanın cənubu) aviabaza və desant-hücum briqadası ilə tanış olacaqlar.

Məlumatda deyilir ki, baxış ölkənin ATƏT-ə rəhbərliyə hazırlığı çərçivəsində 25-30 oktyabr tarixləri arasında keçiriləcək.

Nəzarətçi qismində ATƏT-in tərəfdaşları və iştirakçı ölkələrin nümayəndələri, ATƏT-in Vyanadakı katibliyi və NATO katibliyi nümayəndələri iştirak edəcəklər.

Məlumatda o da qeyd olunur ki, mərasim çərçivəsində iştirakçılara hərbi hissələrin gündəlik xidməti fəaliyyəti ilə tanış olmaq, aviasiya texnikasının uçuşunu və paraşütdən tullanmaları izləmək imkanı yaradılacaq.

Xəbər lenti

Xəbər lenti