...

Dohada Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək -nazir

Siyasət Materials 13 Oktyabr 2009 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir Ü.Sadıqova /

Növbəti ildə Qətərin paytaxtı Dohada Azərbaycan mədəniyyətinə həsr olunan həftə keçiriləcək, bu barədə Qətərin mədəniyyət naziri Həməd Bin Əbdül Əziz Əl-Kavari bildirib.

"Ötən il burada (Bakıda) Qətər mədəniyyəti həftəsi uğurla keçirilib və biz 2010-cu ildə Azərbaycan həftəsi keçirməyə razılaşdıq", - bu barədə Trend -a çərşənbə axşamı Bakıda açılışı olan İKT ölkələrinin mədəniyyət nazirlərinin altıncı konfransında Qətərin nümayəndə heyətinə başçılıq edən Əl-Kavari bildirib.

Azərbaycan mədəniyyəti həftəsi Doxanın 2010-cu il üçün ərəb mədəniyyəti mərkəzi seçilməsinə həsr olunan tədbirlər çərçivəsində həyata keçiriləcək, Əl-Kavari qeyd edib.

Bakıya hazırkı səfərim ikincidir və Qətər Mədəniyyət Nazirliyinin ölkələr arasında mədəni əməkdaşlığın gələcəkdə də dərinləşdirilməsi yollarının Azərbaycan tərəfi ilə müzakirəsini nəzərdə tutur, Qətər naziri bildirib.

"Biz ölkələr arasında mədəniyyət və incəsənət sahəsində təcrübə mübadiləsi həyata keçirmək istəyirik. Azərbaycanın incəsənət, kino sahəsində tədbirlərin keçirilməsində böyük təcrübəsi var", - Əl-Kavari bildirib.

İki ölkənin mədəni əməkdaşlığının inkişafı ilə yanaşı Azərbaycan və Qətər hökuməti energetika sahəsində də əməkdaşlıq məsələləri üzrə daimi müzakirələr aparır, o, əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti