...

Azərbaycan Prezidenti Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib

Siyasət Materials 15 Oktyabr 2009 12:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edub, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edub, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

Mərasim iştirakçıları dövlət başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev idmançılarla görüşüb, rəmzi açılışı bildirən lenti kəsib, Olimpiya İdman Kompleksi ilə tanış olub.

Məlumat verilib ki, kompleksin tikintisinə 2007-ci ildə başlanıb. Kompleksin ümumi ərazisi 4,5 hektardır, 2,4 hektar sahədə yaşıllaşdırma işləri aparılıb. Üçmərtəbəli binanın sahəsi 19 min kvadratmetrdir. Buraya üzgüçülük hovuzu, idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi və təlim-məşq prosesi üçün 2 universal zal, soyunub-geyinmə otaqları, kafe daxildir. İdman kompleksindəki oyun zallarında həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks və güləş yarışları keçirmək mümkündür. Kompleksə açıq havada mini futbol, voleybol, oxatma meydançaları, güllə atıcılığı üzrə qapalı zal daxildir. Hövsan Olimpiya İdman Kompleksi ən müasir avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev daha bir idman kompleksinin istifadəyə verilməsi münasibətilə idmançıları və ictimaiyyətin nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti