Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir V.Javoronkova/
Azərbaycanla Kuba arasında iqtisadi və humanitar sahələrdə ona yaxın sənədin imzalanması gözlənilir, cümə axşamı Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Torres jurnalistlərə deyib.
Diplomat deyib ki, tərəflərin ticarət, idman, təhsil, kənd təsərrüfatı, rabitə sahələrində razılıqlar imzalayacağı gözlənilir. Sənədlərin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2010-cu ilin martında Kubada keçiriləcək iclasında imzalanacağı gözlənilir.
Səfir deyib ki, daha bir razılıq idman sahəsində, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun 25-30 noyabr tarixlərində Kubaya səfəri zamanı imzalanacaq.