...

Polşa Gürcüstanın Avropa və Avroatlantik qurumlarına inteqrasiyası proseslərini dəstəkləyir – səfir

Siyasət Materials 17 Oktyabr 2009 14:36 (UTC +04:00)
Bu gün Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze Polşanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ursula Doroşevskanı qəbul edib.
Polşa Gürcüstanın Avropa və Avroatlantik qurumlarına inteqrasiyası proseslərini dəstəkləyir – səfir

Gürcüstan, Tbilisi, 17 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze Polşanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ursula Doroşevskanı qəbul edib. Tərəflər Polşa ilə Gürcüstan arasında ikitərəfli əlaqələrə aid aktual məsələləri müzakirə ediblər. Bu barədə Gürcüstan XİN-dən məlumat verilib.

Səfir bir daha Polşanın Gürcüstanın Avropa və Avroatlantik qurumlarına inteqrasiyası proseslərini dəstəklədiyini vurğulayıb.

Görüşün sonunda Vaşadze və Doroşevska iki ölkə arasında dostluq əlaqələrinin dərinləşməsinə hazır olduqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti