...

Azərbaycan Parlamentinin rəhbərliyi ölkədə Türkiyəyə qarşı kampaniya aparılmadığını bəyan edib

Siyasət Materials 20 Oktyabr 2009 13:22 (UTC +04:00)
"Azərbaycan hökuməti və digər rəsmi qurumlar Türkiyə əleyhinə kampaniya aparılmasında maraqlı deyillər. Türkiyəyə qarşı hər hansı xüsusi kampaniya aparılmır", - Trend News-un məlumatına görə, bunu çərşənbə günü keçirilən iclasda Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib.
Azərbaycan Parlamentinin rəhbərliyi ölkədə Türkiyəyə qarşı kampaniya aparılmadığını bəyan edib

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin rəhbərliyi ölkədə Türkiyəyə qarşı kampaniya aparılmadığını bəyan edib.

"Azərbaycan hökuməti və digər rəsmi qurumlar Türkiyə əleyhinə kampaniya aparılmasında maraqlı deyillər. Türkiyəyə qarşı hər hansı xüsusi kampaniya aparılmır", - Trend -un məlumatına görə, bunu çərşənbə günü keçirilən iclasda Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib.

Trend -un arayışı: "Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində xarici ölkələrə, o cümlədən Türkiyəyə məxsus bayraqların endirilməsi hər hansı təmir işi və yaxud planlaşdırılan başqa işlə bağlı deyil", - öncə mətbuata Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Şöbə müdiri bildirib ki, bayraqların endirilməsi "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanunun yerinə yetirilməsi ilə əlaqədardır. Bu qanunun qəbulundan sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qanunun yerinə yetirilməsi üçün müxtəlif yerlərdə bu tələblərə uyğun olmadan asılmış bayraqların siyahısının hazırlanması barədə tapşırıq verilib.

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov da Türkiyəyə qarşı kampaniya aparılmadığını bildirib.

"Azərbaycanda Türkiyə əleyhinə hər hansı kampaniya aparılmır. Əgər Şəhidlər Xiyabanından Türkiyənin bayraqlarının götürülməsini təhqir kimi qəbul edirsinizsə, onda Bursada da Azərbaycan bayraqları təhqir olunmuşdu. Amma biz bunu Türkiyə dövlətinin siyasəti kimi qəbul etmirik", - Əsgərov əlavə edib.

Vitse-spiker Bahar Muradova isə bildirib ki, Türkiyə bayraqlarının çıxarılması qanunla tənzimlənib.

"Bizim Türkiyədən əsas narazılığımız Dağlıq Qarabağ problemi həll olunmadan sərhədlərin açılması məsələsini gündəmə gətirmələri ilə bağlıdır. Azərbaycanda qanun var və bayraqlar qanunla tənzimlənir", - Muradova əlavə edib.

Xəbər lenti

Xəbər lenti