...

Ankara-Bakı münasibətlərinə xələl gətirmək istəyənlərə fürsət verilməməlidir - səfir

Siyasət Materials 21 Oktyabr 2009 12:22 (UTC +04:00)
“Ankara-Bakı münasibətlərinə xələl gətirmək istəyənlərə fürsət verilməməlidir. İki dövlət arasında nifaq salmaq istəyənlərə fikir verilməməlidir”, - Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə səfir Hulusu Kılıç bildirib.
Ankara-Bakı münasibətlərinə xələl gətirmək istəyənlərə fürsət verilməməlidir - səfir

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir E.İsmayılov/

Türkiyənin Azərbaycandakı səfiri bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə xələl yetirmək istəyən qüvvələrə füsət verilməməlidir.

"Ankara-Bakı münasibətlərinə xələl gətirmək istəyənlərə fürsət verilməməlidir. İki dövlət arasında nifaq salmaq istəyənlərə fikir verilməməlidir", -  Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə səfir Hulusu Kılıç bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Səfir onu da qeyd edib ki, Türkiyə bundan əvvəl də Azərbaycanın yanında olub və bundan sonra da olacaq.

"Biz soydaşıq. Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağa görə bağlanıb. Bu problem həll olunmasa, sərhədlərin açılması mümkün deyil və Ankara heç vaxt qardaş Azərbaycanın maraqlarına zidd addım atmaz", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və ölkə Prezidenti Abdullah Gülün sözlərinə inanmalıdır.

"İsrarla qeyd edirəm ki, türk xalqının fikri ölkə Parlamentinin qərarında öz əksini tapacaq və imzalanan protokollar təsdiq olunmayacaq", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti