...

Müsavat Partiyası hərəkatın dağılması üçün aldığı sifarişi yerinə yetirib - Azərbaycanın müxalifət partiyasının sədri

Siyasət Materials 23 Oktyabr 2009 14:54 (UTC +04:00)
“Müsavat Partiyasının bizim seçki komissiyalarında təmsil olunan üzvlərimizin geri çağırılması haqda təklifinin hərəkatın dağılma prosesini sürətləndirmək üçün bəhanə olduğu artıq təsdiqlənib”, - cümə günü Trend News-a “Qarabağ və Respublika Uğrunda Hərəkat”da təmsil olunan Ümid Partiaysının sədri İqbal Ağazadə bildirib.
Müsavat Partiyası hərəkatın dağılması üçün aldığı sifarişi yerinə yetirib - Azərbaycanın müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri hesab edir ki, Müsavat Partiyası hərəkatın dağılması üçün aldığı sifarişi yerinə yetirib.

"Müsavat Partiyasının bizim seçki komissiyalarında təmsil olunan üzvlərimizin geri çağırılması haqda təklifinin hərəkatın dağılma prosesini sürətləndirmək üçün bəhanə olduğu artıq təsdiqlənib", - cümə günü Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Ümid Partiaysının sədri İqbal Ağazadə bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı üzvlərinin geri çağırılmasını tələb edir. Ümid Partiyası isə Müsavat depuatat qrupu üzvlərinin mandatlarından imtina edəcəyi təqdirdə tələbin yerinə yetirələcəyini bəyan edib. Hər iki partiya arasında yaranan bu gərginlik hərəkat daxilində ciddi böhrana səbəb olub.

Ağazadənin sözlərinə görə, "Azadlıq" blokunun proseslərlə bağlı qəti mövqeyi müəyyənləşmədiyindən, hərəkatın taleyi ilə bağlı qəti qərar qəbul etmək çətinləşib.

"Amma ictiami-siyasi vəziyyət bizə hərəkatın fəaliyyətini davam etdirməyə stimul verir", - partiya sədri əlavə edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend -a bildirib ki, "partiya olaraq İqbal Ağazadənin kimliyi və fəaliyyəti ilə bağlı məlumat yaymışıq. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur".

"Biz hərəkatın dağılmaması üçün verdiyimiz təklifin nəzərə alınacağına ümid edirik", - cümə günü Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranan situasiya Azərbaycanın maraqlarına cavab vermədiyindən hərəkatın fəaliyyət göstərməsi zəruridir.

"Biz istərdik ki, hərəkatın təsisçiləri olan partiyalar bütün siyasi inciklikləri unudaraq yalnız Dağlıq Qarabağın taleyi naminə birgə mübarizədən imtina etməsinlər", - Temirxan vurğulayıb.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti