...

Azərbaycanlı deputat ürək qüsuru olan uşaqların müalicəsi üçün büdcədən xüsusi vəsait ayrılmasını təklif edib

Siyasət Materials 27 Oktyabr 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı ürək qüsuru olan uşaqların müalicəsi üçün büdcədən xüsusi vəsait ayrılmasını təklif edib.

"Azərbaycanda 12 minə yaxın ürək qüsuru olan uşaq var və onların burada müalicəsi çox baha başa gəldiyindən valideynlərin əksəriyyətinin buna imkanı olmur", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, ürək qüsuru olan uşqların hər birinin üzərində əməliyyat aparılması Azərbaycanda 5-10 min manta başa gəlir.

"İmkansız ailələlər üçün bu qədər pulu ödəmək çox çətindir. Həmin uşaqların əməliyyata isə zəruri ehtiyacları var", - millət vəkili əlavə edib.

Onun fikrincə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ürək qüsuru olan yüzlərlə uşağın müalicəsinə yardım edib.

"Amma bu yetərincə deyil. Ona görə dövlət tərəfindən müəyyən vəsait ayrılarsa, Azərbaycanda həmin əməliyyatları ucuz həyata keçirmək mümkündür", - Paşayeva vurğulayıb.

Milli Məclisin sədri Oqtay Əsədov yaxın zamanlarda parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəyə çıxarılacağını xatırladaraq millət vəkilindən məsələni bir daha gündəmə gətirməyi xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti