...

Azərbaycanın müxalifət partiyasının rəhbərliyi Belçikaya gedəcək

Siyasət Materials 29 Oktyabr 2009 16:29 (UTC +04:00)
"Belçikanın paytaxtı Brüsselə səfər Avropa Parlamentinın dəvəti ilə dekabr ayında baş tutacaq", - cümə axşamı Trend News-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) informasiya və mətbuat katibi Əli Orucov bildirib.
Azərbaycanın müxalifət partiyasının rəhbərliyi Belçikaya gedəcək

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbərliyi Belçikaya səfər edəcək.

"Belçikanın paytaxtı Brüsselə səfər Avropa Parlamentinın dəvəti ilə dekabr ayında baş tutacaq", - cümə axşamı Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) informasiya və mətbuat katibi Əli Orucov bildirib.

Trеnd Nеws-un аrаyışı: АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər.

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

AMİP rəhbərliyinin Avropa Parlamentində Azərbaycan ilə bağlı keçirəcəyi dinləmələrdə müxtəlif sahələrə aid təkliflər paketi ilə çıxış edəcəyi gözlənilir.

Orucovun sözlərinə görə, səfər çərçivəsində partiya rəsmiləri Avropa Parlamentində Azərbaycan ilə bağlı keçiriləcək dinləmələrə qatılacaq, eyni zamanda, parlament üzvləri ilə görüşəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti