...

Azərbaycan Prezidenti Estoniya, Livan və Liviyada səfirliklərin yaradılması barədə sərəncam imzalayıb

Siyasət Materials 2 Noyabr 2009 19:19 (UTC +04:00)
Azərbaycan Prezidenti Estoniya, Livan və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində Azərbaycanın səfirliklərinin yaradılması barədə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Estoniya, Livan və Liviyada səfirliklərin yaradılması barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti Estoniya, Livan və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində Azərbaycanın səfirliklərinin yaradılması barədə sərəncam imzalayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Azərbaycan Respublikasının Estoniya Respublikasında (Tallin şəhərində), Livan Respublikasında (Beyrut şəhərində) və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində) səfirliklərinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıb:

Azərbaycanın Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın Estoniyada (Tallin şəhərində), Livanda (Beyrut şəhərində) və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində) səfirliklərinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.

Azərbaycan Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Azərbaycanın Estoniyada (Tallin şəhərində), Livanda (Beyrut şəhərində) və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində) səfirliklərinin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Xəbər lenti

Xəbər lenti