...

Azərbaycan hərbçiləri Gürcüstana minalardan təmizləmə işləri üzrə təlimə gedəcəklər

Siyasət Materials 9 Noyabr 2009 16:29 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları Gürcüstanda minalardan təmizləmə işləri üzrə orta dərəcəli menecer kursu keçəcəklər.
Azərbaycan hərbçiləri Gürcüstana minalardan təmizləmə işləri üzrə təlimə gedəcəklər

Gürcüstan, Tbilisi, 09 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları Gürcüstanda minalardan təmizləmə işləri üzrə orta dərəcəli menecer kursu keçəcəklər.

Treninqin açılış mərasimi bu gün təşkil olunub. Bu tədbirdə həm Gürcüstanın Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin rəhbər şəxsləri, həm də diplomatik korpusun nümayəndələri, Kranfild Universitetinin mühazirəçiləri və ekspertləri iştirak ediblər.

Azərbaycan hərbçiləri ilə yanaşı, Gürcüstanın Gürcüstanın Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin nümayəndələri, o cümlədən Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları kurs keçəcəklər.

Kursantlar müasir hümanitar minalardan təmizləmə ilə əlaqədar əsas məsələləri öyrənəcəklər.

Kranfild Texnoloji Universiteti (Böyük Britaniya) ilə birgə təlimi Beynəlxalq Mina Qurbanlarına Yardım Fondu keçirir.

Minalardan təmizləmə işləri üzrə orta dərəcəli menecerlik kursu noyabrın 27-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti