...

Sloveniya Prezidenti Astanaya səfər edəcək

Siyasət Materials 9 Noyabr 2009 20:34 (UTC +04:00)
Sloveniya Prezidenti Danilo Türk Qazaxıstan Prezidentinin dəvəti ilə 11-12 noyabr tarixlərində Astanaya səfər edəcək.
Sloveniya Prezidenti Astanaya səfər edəcək

Qazxıstan, Astana, 09 noyabr / Trend , müxbir K.Konırova/

Sloveniya Prezidenti Danilo Türk Qazaxıstan Prezidentinin dəvəti ilə 11-12 noyabr tarixlərində Astanaya səfər edəcək. Burada o, ölkə rəhbərliyi ilə danışıqlar aparacaq. Bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Yerjan Aşikbayev bu gün məlumat verib.

"Danışıqlar zamanı beynəlxalq təşkilatlar və birliklər çərçivəsində ikitərəfli əməkdaşlıq və qarşlıqlı anlaşmanın cari vəziyyəti və perspektivli istiqamətləri müzakirə ediləcək. Müzakirələrin yekununa uyğun olaraq bir sıra sənədlərin imzalanması planlaşdırılır",- Aşikbayev deyib.

Onun sözlərinə görə, Sloveniya Prezidenti səfər çərçivəsində Qazaxıstan-Sloveniya birgə biznes forumunda iştirak edəcək və Qazaxıstan universitetlərindən birində mühazirə ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti