...

Gürcüstanda А/H1N1 virusu ilə bağlı təlaş yoxdur - nazir

Siyasət Materials 18 Noyabr 2009 19:37 (UTC +04:00)
Əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili bildirib ki, А/H1N1 virusu ilə bağlı əhali arasında heç bir təlaş yoxdur.
Gürcüstanda А/H1N1 virusu ilə bağlı təlaş yoxdur - nazir

Gürcüstan, Tbilisi, 18 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili bildirib ki, А/H1N1 virusu ilə bağlı əhali arasında heç bir təlaş yoxdur.

"Görülən qoruyucu tədbirlər nəticəsində Gürcüstanın səhiyyə sistemi istənilən gözlənilməz hadisəyə tam hazırdır", - nazir jurnalistlərə deyib.

"Təəssüf ki, biz qripi saxlaya bilmərik", - Kvitaşvili deyib. Onun sözlərinə görə, əhali səfərbər edilib və insanlar fəal şəkildə tibb personallarına müraciət edir.

Kvitaşvili vətəndaşları özünümüalicədən çəkinməyə və vaxtında həkimə müraciət etməyə çağırıb.

Bu gün Gürcüstanda "donuz qripinə" daha 6 yeni yoluxma halı aşkarlanıb və beləcə yoluxanların sayı 71-ə çatıb. Bütün yeni hallarda xəstəlik yüngül formadadır və xəstələr evdə müalicə edilirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti