Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müşaviri xanım Selest Vallanderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, habelə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.