...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Siyasət Materials 24 Noyabr 2009 09:52 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 11.45-dən 12.00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndindəki mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini;

- saat 17.30-dan 17.35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndindəki mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqeləri;

-saat 23.05-dən 23.20-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 07.30-dan 07.50-dək, 11.15-dən 11.20-dək və noyabrın 24-də saat 00.35-dən 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti