...

ABŞ-da Cənubi Qafqazda regional təhlükəsizlik problemləri müzakirə ediləcək

Siyasət Materials 25 Noyabr 2009 17:44 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev ABŞ-a səfər edəcək. O, dekabr ayının 2-də "The Cohen Group" beynəlxalq konsaltinq təşkilatında həmin təşkilatın vitse-prezidenti, səfir Mark Qrosmanla və "Armitage International" təşkilatının rəhbəri, səfir Riçard Armitajla, eləcə də ABŞ-ın ekspert cəmiyyətinin aparıcı nümayəndələri ilə görüşlər keçirəcək.
ABŞ-da Cənubi Qafqazda regional təhlükəsizlik problemləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev ABŞ-a səfər edəcək. O, dekabr ayının 2-də "The Cohen Group" beynəlxalq konsaltinq təşkilatında həmin təşkilatın vitse-prezidenti, səfir Mark Qrosmanla və "Armitage International" təşkilatının rəhbəri, səfir Riçard Armitajla, eləcə də ABŞ-ın ekspert cəmiyyətinin aparıcı nümayəndələri ilə görüşlər keçirəcək. Bu barədə Mərkəzdən Trend -a məlumat verilib.

Nuriyev bu görüşlərdə amerikalı diplomat və politoloqlara SAM-nin fəaliyyəti haqqında danışacaq, regional təhlükəsizlik problemlərini müzakirə edəcək və ABŞ-ın aparıcı "beyin mərkəzləri" ilə əməkdaşlığın perspektivlərinə dair məsləhətləşmələr aparacaq.

Dekabr ayının 4-də isə SAM rəhbəri Nuriyev Çikaqonun İllinoys Texnoloji İnstitutu nəzdində Kent Hüquq Kollecində ABŞ Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network) tərəfindən təşkil edilmiş "Xəzər hövzəsində geosiyasi vəziyyət və Barak Obama Administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri" mövzusunda keçirilən regional konfransda çıxış edəcək.

Forumun keçirilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində geosiyasi reallıqlar, Azərbaycanın regionda enerji ehtiyatlarının əsas mənbəyi və tranzit ölkə kimi həlledici mövqeyə malik olması, qlobal enerji təhlükəsizliyinin təminatında rolu, rəsmi Bakı və Vaşinqtonun strateji müttəfiqliliyin hər iki tərəf üçün vacibliyi və bölgənin digər təhlükəsizlik problemləri barədə ABŞ-ın ekspert ictimaiyyətini məlumatlandırmaqdır.

Forumda Azərbaycan diasporunun nüfuzlu nümayəndələri, Çikaqo Universitetinin aparıcı nümayəndələri, həmçinin yerli rəsmi şəxslər iştirak edəcəklər. Nuriyevin ABŞ-ın "beyin mərkəzləri"nin rəhbərləri ilə planlaşdırılmış görüşü çərçivəsində regional əhəmiyyətli layihələr və iki ölkənin analitik institutları arasındakı elmi-təqdiqat əməkdaşlığının aktual məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti