...

Yeni il bayramı Azərbaycanda 5 gün sürəcək

Siyasət Materials 1 Dekabr 2009 14:23 (UTC +04:00)
Azərbaycanda 2009-cu il dekabrın 31-dən 2010-cu il yanvarın 4-nə kimi qeyri-iş günü elan olunub, çərşənbə axşamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend News-a bildirib.
Yeni il bayramı Azərbaycanda 5 gün sürəcək

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanda 2009-cu il dekabrın 31-dən 2010-cu il yanvarın 4-nə kimi qeyri-iş günü elan olunub, çərşənbə axşamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend -a bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 26 noyabr 2009-cu il tarixli qərarı ilə dekabrın 31-i Azərbaycanlıların Həmrəylik günü, yanvarın 1, 2-si Yeni il bayramı münasibətilə qeyri-iş günü elan olunub. "Yanvarın 2-nin şənbə gününə düşməsi ilə əlaqədar olaraq yanvarın 4-ü də qeyri-iş günü elan olunub", - Akif Əli deyib.

Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti