...

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və Vitse-Prezidentini təbrik edib

Siyasət Materials 2 Dekabr 2009 03:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə Bin Zaid Al Nəhəyanı və ölkənin Vitse-Prezidenti, Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd Bin Rəşid Al Məktumu Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə təbrik edib, çərşənbə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və Vitse-Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə Bin Zaid Al Nəhəyanı və ölkənin Vitse-Prezidenti, Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd Bin Rəşid Al Məktumu Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə təbrik edib, çərşənbə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, münasibətlərimizin qorunub saxlanması və hərtərəfli inkişafı üçün bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına sülh və rifah arzulayıram", - təbrik məktubunda deyilir.

"Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm", - BƏƏ-nin Vitse-Prezidentinə ünvanlanan məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti