...

Azərbaycan və İsveçin siyasi partiyaları birgə seminar keçirəcək

Siyasət Materials 4 Dekabr 2009 17:11 (UTC +04:00)
İsveçin hakim "Moderat" Partiyası ilə Azərbaycanın müxalifət partiyası bələdiyyyə seçkisi ilə bağlı birgə seminar keçirəcək.
Azərbaycan və İsveçin siyasi partiyaları birgə seminar keçirəcək

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir M.Əliyev/

İsveçin hakim "Moderat" Partiyası ilə Azərbaycanın müxalifət partiyası bələdiyyyə seçkisi ilə bağlı birgə seminar keçirəcək.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, dekabrın 5-6-da Bakıda İsveçin hakim "Moderat" Partiyasının "Jarl Hjalmarson" Fondu ilə Azərbaycan Milli İstiqlal Partiyası "Bələdiyyə seçkiləri və beynəlxalq təcrübə" mövzusunda birgə seminar keçirəcək.

İsveçdən gələn qonaqlar - bu ölkənin Baş nazir Aparatının rəhbəri Kristofer Tamsons, "Moderat" Partiyasının Stokholm Qraflığının rəhbəri Peter Dannered və Bələdiyyə Assambleyasının və Stokholm Qraflıq Şurasının üzvü Harri Bouveng AMİP-çi bələdiyyə üzlüyünə namizədlərə Avropa, o cümlədən İsveç təcrürübəsi bərədə müfəssəl məlumatlar verəcəklər.

Tədbirdə hakim "Moderat" Partiyasının "Jarl Hjalmarson" Fondunun məsul şəxsi, xanım Katarina Vallberq də iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti