...

Azərbaycan Nazirlər Kabineti Bəxtiyar Vahabzadə adına təqaüd təsis edib

Siyasət Materials 10 Dekabr 2009 14:17 (UTC +04:00)
Nazirlər Kabinetinin internet saytının məlumatına görə, hökumətin qərarı ilə xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında prezidentin Sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.
Azərbaycan Nazirlər Kabineti Bəxtiyar Vahabzadə adına təqaüd təsis edib

Azərbaycan, Bakı, 10 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Nazirlər Kabineti Bəxtiyar Vahabzadə adına təqaüd təsis edib.

Nazirlər Kabinetinin internet saytının məlumatına görə, hökumətin qərarı ilə xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında prezidentin Sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.

Tədris ilinin hər bir semestri üçün tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən qəbul edəcək.

Təqaüdün verilməsi dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti