...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatı keçirilib

Siyasət Materials 12 Dekabr 2009 15:56 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatını keçirib..
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimatını keçirib.

YAP-ın təşkilatçılığı ilə Hyatt Regency otelində keçirilən xalq yazıçısı Anarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz görüşlər" kitabının təqdimat mərasimində çıxış edən partiya sədrinin müavini, deputat Əli Əhmədov bildirib ki, bu cür kitabların işıq üzü görməsi həm tarixi həqiqətin işıqlandırılması və gələcək nəsillərə çatdırılması, həm də mənəvi-əxlaqi dəyərlərin cilalanması baxımından çox önəmlidir.

"Keçmiş dövlət başçısının xatirəsinə olan hörmət və ehtiram millətin mənəviyyatının kamilliyinin göstəricisidir. Bu kitabda böyük tərbiyəvi mənəvi yük də görürəm. Kitabda Heydər Əliyevin mədəniyyətə, mədəniyyət xadimlərinə münasibətdə yanaşma modeli də göstərilib", - o deyib.

Deputat Nizami Cəfərov isə çıxışında deyib ki, kitabda əsas ideya milli dövlət quruculuğu dövründə Heydər Əliyevin xidmətləri, xüsusilə mədəniyyət sahəsində olan xidmətlərinin göstərilməsidir.

"Bizim ədəbiyyat hələ Heydər Əliyev obrazını yaratmayıb. Bu kitab obrazın yaradılması üçün atılan addımlardan biridir" - deputat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti