...

Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır

Siyasət Materials 14 Dekabr 2009 17:44 (UTC +04:00)
"Cənubi Qafqazda təhlükəsizlik resurslarının artırılması" layihəsi çərçivəsində Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisiyə səfər edib.
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır

Gürcüstan, Tbilisi, 14 dekabr / Trend , müxbir N.Kirsxaliya/

"Cənubi Qafqazda təhlükəsizlik resurslarının artırılması" layihəsi çərçivəsində Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisiyə səfər edib. Gürcüstanın Yerləşdirmə və Qaçqınlar üzrə Nazirliyinin Trend -a verdiyi məlumata görə, Azərbaycanın nümayəndə heyətinə Qaçqınlar üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Telman Məmmədov başçılıq edir.

"Gürcüstanda qaçqınlara dair bir sira proqramlar uğurla həyata keçirilib və biz beynəlxalq təşkilatların köməyi ilə qaçqınların yerləşdirilməsi məsələsinin necə həll oluna bilməsi ilə tanış olmaq niyyətindəyik", - Məmmədov məhz bu problemin GürcüstanAzərbaycanda çox kəskin olduğunu vurğulayaraq qeyd edib.

Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, Azərbaycan qaçqınlar probleminin çox kəskin olduğu ölkələr sırasına daxildir. Onlar bu məsələni Tbilisidə müzakirə etməyə hazırlaşırlar.

Gürcüstan tərəfi 2009-cu ildə görülən işlər və qaçqınlar probleminin həlli üzrə hökumət strategiyası barədə hesabat təqdim edəcək.

Görüş BMT-nin yardımı və Avropa Komissiyasının maliyyə dəstəyi ilə təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti