...

AŞ PA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilir

Siyasət Materials 15 Dekabr 2009 05:42 (UTC +04:00)
AŞ PA-nın Monitorinq Komitəsinin 17 dekabr 2009-cu ildə Parisdə keçiriləcək növbəti iclasında Azərbaycnla bağlı məsələnin müzakirə olunacağı gözlənilir. Bu barədə məlumat qurumun İnternet səhifəsində yer alıb.
AŞ PA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilir

Fransa, Strasburq, 15 dekabr / Trend , müxbir A.Məhərrəmli/

AŞ PA-nın Monitorinq Komitəsinin 17 dekabr 2009-cu ildə Parisdə keçiriləcək növbəti iclasında Azərbaycanla bağlı məsələnin müzakirə olunacağı gözlənilir. Bu barədə məlumat qurumun İnternet səhifəsində yer alıb.

Məlumatda bildirilir ki, sözügedən Komitənin iclasında Azərbaycan üzrə həmməruzəçilər Cosef Debono QrexAndres Herkel və komitə üzvləri arasında Azərbaycanda baş verən  son irəliləyiş və inkişafla bağlı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, Monitorinq Komitəsinin yığıncağnda Ermənistan Milli Assambleyasının ad hoc Komitəsinin  "1-2 mart 2008-ci ildə Yerevanda baş vermiş hadisələr və onları törədən səbəblərin təhqiqat"ına dair hesabatı ilə bağlı müzakirələr aparılacaq və Ermənistan üzrə həmməruzəçilər Jorj Kolombye (George Colombier) və Con Preskotun (John Prescott)  çıxışları dinləniləcək.

Qeyd edək ki, Monitorinq komitəsinin iclasında qurumun Ukrayna üzrə həmməruzəçilərinin 7-9 dekabr 2009-cu il tarixində ölkəyə etdiyi faktaraşdırıcı səfərinin, eləcə də cari ilin 24-27 noyabr tarixlərində həyat keçirdikləri seçkiqabağı missiyasının yekunlarına dair şifahi çıxışın dinlənilməsi ilə yanaşı, Bolqarıstan, Moldova, AlbaniyaBosniya-Herzeqovin-ə  dair məsələlər də müzakirə  olunacaq. Yığıncaqda habelə Avropa Şurası Venesiya Komissiyasının cari ilin 11-12 dekabr tarixlərində Venesiyada keçirlən 81-ci plenar iclasının nəticələri haqqında Komitə üzvlərinə məlmat veriləcək.

Monitorinq Komitəsinin növbəti iclası AŞ PA-nın 2010-cu ilin 25-29 yanvar  tarixlərində Strasburqda keçiriləcək plenar iclası çərçivəsində olacaqdır.

Xəbər lenti

Xəbər lenti