...

Azərbaycan Parlamenti ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə yardım ayırması ilə bağlı Barak Obamaya müraciət hazırlayır

Siyasət Materials 15 Dekabr 2009 13:00 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri ABŞ Prezidentinə müraciət göndərilməsini təklif edib.
Azərbaycan Parlamenti ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə yardım ayırması ilə bağlı Barak Obamaya müraciət hazırlayır

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin spikeri ABŞ Prezidentinə müraciət göndərilməsini təklif edib.

"Konqres Dağlıq Qarabağın erməni icmasına yardım edilməsi haqqında qərar qəbul etsə də, ABŞ Prezidenti sənədi təsdiqləməyib. Ona görə komissiya yaradaq və həm Prezident Barak Obamaya, həm də Konqresə müraciət qəbul edək", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Əsədovun fikrincə, belə bir müraciət qəbul edilərsə, ABŞ Prezidenti separatçılara nəzərdə tutulan yardımla bağlı qərarı təsdiq etməyə bilər.

Spikerin təşəbbüsülə Musa Quliyev, Əli Hüseynov, Nəsib Nəsibli, Yevda Abramov, Elman Məmmədov, Rövşən Rzayev və Gülər Əhmədovanın daxil olduğu komissiya yaradılıb.

Əsədov bu gün ərzində komissiyanın müvafiq müraciəti hazırlayıb, parlamentə təqdim etməsini təklif edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti