...

Ermənistan-Türkiyə sərhədlərinin açılmasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqələndirmək ən yaxşı variantdır - britaniyalı ekspert Ziba Norman

Siyasət Materials 17 Dekabr 2009 17:01 (UTC +04:00)
Hazırda hadisələrin inkişafında ən yaxşı variant Ermənistan-Türkiyə sərhədlərinin açılmasını Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanması ilə əlaqələndirmək olardı. Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman belə hesab edir.
Ermənistan-Türkiyə sərhədlərinin açılmasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqələndirmək ən yaxşı variantdır - britaniyalı ekspert Ziba Norman

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir Y.Ostapenko/

Hazırda hadisələrin inkişafında ən yaxşı variant Ermənistan-Türkiyə sərhədlərinin açılmasını Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanması ilə əlaqələndirmək olardı. Britaniyanın Transatlantika İnstitutunun direktoru Ziba Norman belə hesab edir.

"Lakin siyasi reallıq diktə edir ki, buna nail olmaq o qədər də asan olmayacaq, belə ki, bu prosesi pozmaq istəyən çox oyunçu var. Onlar hazırda Dağlıq Qarabağın özündə hakimiyyətdədirlər", - Norman Trend -a elektron poçt vasitəsilə bildirib.

Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanıb. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Normanın fikrincə, ABŞ Ermənistanla əlaqələri möhkəmləndirməyə çalışır. Buna misal olaraq Ermənistanın NATO üzrə tərəfdaşlıq planına daxil edilməsini göstərmək olar. Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılması bu prosesin mühüm aspektidir. Belə ki, əgər bu reallaşarsa, Srej Sarkisyana dəstək göstərmək zəruri olacaq.

ABŞ Konqresi tərəfindən separatçı Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi ilə əlaqədar Norman qeyd edib ki, yardımın həcmi ötən illərlə müqayisədə azalıb.

Bu o deməkdir ki, Barak Obama Administrasiyası bu vəziyyətin siyasi reallığını anlayıb və tərəflərdən yalnız birini dəstəkləməyəcək", - o deyib.

ABŞ Nümayəndələr PalatasıSenat Dağlıq Qarabağ separatçı rejiminə birbaşa yardım qismində 8 milyon dollar ayrılması barədə qərar verib. Bundan əlavə, Qarabağda proqramın həyata keçirilməsində istənilən məhdudiyyət də aradan qaldırılıb.

Prezident Sarkisyan öz xarici siyasət kursu ilə ABŞ-dakı erməni diasporunu özündən narazı salır. Bu isə həmin qrupdur ki, pulların ayrılmasını himayə edir və sülh prosesini pozmağa çalışır.

"Diaspordakı lobbistlərə bəzi güzəştlərə getməklə ABŞ ola bilsin ki, danışıqların şərtlərini yüngülləşdirməyə ümid edir", - Norman belə hesab edir.

Xəbər lenti

Xəbər lenti