...

Azərbaycanın solçu partiyası parlament seçkilərində namizədlərin irəli sürülməsi üçün dairələri müəyyən edir

Siyasət Materials 8 Yanvar 2010 15:16 (UTC +04:00)
Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) parlamentdəki yerlərə namizədlərin irəli sürüləcəyi dairələrin müəyyənləşdirilməsinə başlayıb.
Azərbaycanın solçu partiyası parlament seçkilərində namizədlərin irəli sürülməsi üçün dairələri müəyyən edir

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) parlamentdəki yerlərə namizədlərin irəli sürüləcəyi dairələrin müəyyənləşdirilməsinə başlayıb. Bunu cümə günü AXSP sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini Rüstəm Şahsuvarov deyib.

Azərbaycanda parlament seçkiləri bu ilin payızında keçiriləcək. Əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilmişdi.

Şahsuvarovun sözlərinə görə, partiya bu seçkilərdə fəal iştirak etmək niyyətindədir.

"Partiya həmçinin beynəlxalq əməkdaşlığı da aktiv şəkildə genişləndirir. Partiya sədri bu məqsədlə Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torreslə görüş keçirib", - o deyib.

AXSP-nin sədr müavininin sözlərinə görə, yanvarın sonuna nəzərdə tutulmuş sosialistlər, kommunistlər və solçu demokratlar tərəfindən təşkil ediləcək sol qüvvələrin forumu partiyanın qarşılıqlı əlaqələrinin inkişafına imkan yaradacaq.

Azərbaycan Xalq Sosialist Partiyası 2008-ci ilin oktyabr ayında təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti