...

Azərbaycanın daxili işlər nazirinin rəhbərliyi ilə DİN-in şəxsi heyəti ağacəkmə kampaniyasında iştirak edib

Siyasət Materials 16 Yanvar 2010 11:22 (UTC +04:00)
Azərbaycan DİN-in bütün şəxsi heyəti bu gün ölkəmizin hər yerində həyata keçirilən ekoloji mühitin tənzimlənməsi kampaniyasına qoşularaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 3 hektar sahədə ölkəmizin iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı üç min ədəd Eldar şamı və zeytun ağacları əkiblər.
Azərbaycanın daxili işlər nazirinin rəhbərliyi ilə DİN-in şəxsi heyəti ağacəkmə kampaniyasında iştirak edib

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in bütün şəxsi heyəti bu gün ölkəmizin hər yerində həyata keçirilən ekoloji mühitin tənzimlənməsi kampaniyasına qoşularaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 3 hektar sahədə ölkəmizin iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı üç min ədəd Eldar şamı və zeytun ağacları əkiblər. Bu barədə şənbə günü DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, DİN-in heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə əkdikləri hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" ölkəmizdə bu sahədəki problemlərin həllinin vacibliyini önə çəkib. 2010-cu ilin dövlət başçımızın təşəbbüsü ilə "Ekologiya ili" elan olunması bu istiqamətdə görülən tədbirləri daha da sürətləndirib.

Gələcək nəsillər üçün sağlam mühitin qorunması, şəhərimizin daha da gözəlləşməsi üçün daxili işlər orqanları əməkdaşları tərəfindən belə zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti