...

Qanlı Yanvar faciəsinin 20-ci ildönümü Brüsseldə qeyd edilib

Siyasət Materials 21 Yanvar 2010 00:47 (UTC +04:00)
2010-cu il yanvar ayının 20-də Azərbaycanın Belçikadakı səfirliyində Qanlı 20 Yanvar faciəsini qurbanlarının xatirəsinin anma mərasimi keçirilmişdir, Azərbaycanın Belçikadakı Səfirliyinin mətbuat katibliyindən Trend News xəbər verib.
Qanlı Yanvar faciəsinin 20-ci ildönümü Brüsseldə qeyd edilib

Azərbaycan, Bakı, 20 yanvar / Trend /

2010-cu il yanvar ayının 20-də Azərbaycanın Belçikadakı səfirliyində Qanlı 20 Yanvar faciəsini qurbanlarının xatirəsinin anma mərasimi keçirilmişdir, Azərbaycanın Belçikadakı Səfirliyinin mətbuat katibliyindən Trend -a xəbər verilib.

Mərasim müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Sonra Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri Emin Eyyubov mərasimi açaraq Qanlı Yanvar hadisələrindən danışmış və bu tarixin hər bir azərbaycanlının yaddaşında daim yaşadığını, şəhidlərimizin qanı hesabına artıq bu gün müstəqil, güclu və inkişaf etmiş Azərbaycan dövlətinin qurulduğunu qeyd etmişdir. O, Ümummilli lider Heydər Əliyevin hadisənin səhərisi günü Azərbaycanın o zaman Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etdiyini və bu hadisələrə əsl siyasi-hüquqi qiymətin onun Azərbaycana rəhbərliyi dövründə verildiyini xatırlatmışdır.

Sonra Azərbaycanın NATO yanında nümayəndəsi səfir Kamil Xasıyev çıxış etmiş və 20 Yanvarın tək faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu qeyd etmişdir. Mərasim qanlı yanvar hadisələrinə həsr edilmiş "Azadlığa gedən yollar" sənədli filminin nümayişi ilə davam etdirilmişdir. Tədbirdə Azərbaycan diasporasının təmsilçiləri, tələbələr, KİV nümayəndələri və diplomatlar iştirak etmişlər. 

Xəbər lenti

Xəbər lenti