...

Azərbaycan və Hindistanın qanunvericilik orqanları əməkdaşlıq məsələlərini müzakirə edəcək - səfir

Siyasət Materials 25 Yanvar 2010 17:04 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin (Parlament) sədri Oqtay Əsədov Hindistana səfəri zamanı Azərbaycan və Hindistanın qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Azərbaycan və Hindistanın qanunvericilik orqanları əməkdaşlıq məsələlərini müzakirə edəcək - səfir

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.Ağayeva/

Azərbaycan Milli Məclisinin (Parlament) sədri Oqtay Əsədov Hindistana səfəri zamanı Azərbaycan və Hindistanın qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

"Səfərin ilin birinci yarısı ərzində həyata keçiriləcəyi planlaşdırılır", - Hindistanın Azərbaycandakı səfiri Debnat Şou Trend -a bildirib.

Hindistan Parlamentinin yuxarı və aşağı palatalarının sədrləri 2007-ci ildə Azərbaycan Parlamentinin sədrini Hindistana dəvət etmiş, lakin səfər baş tutmamışdı. "Biz bu yaxınlarda dəvəti yeniləmişik", - səfir bildirib.

Eyni zamanda, ilin birinci yarısında XİN-lərarası məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti