...

Azərbaycan Prezidenti Livan və Efiopiyanın dövlət başçılarına başsağlığı verib

Siyasət Materials 26 Yanvar 2010 12:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Livan və Efiopiya respublikalarının dövlət başçılarına başsağlığı verib.
Azərbaycan Prezidenti Livan və Efiopiyanın dövlət başçılarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı LivanEfiopiya respublikalarının dövlət başçılarına başsağlığı verib. Bu barədə çərşənbə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması və çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Livan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", -  İlham Əliyev Livan Prezidentinə bassağlığı məktubunda deyib.

"Ethiopian Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adanlarına dərin hüznlə başsağlığı verirəm", -  Efiopiya Prezidentinə başsağlığında bildirilib.

Xəbər lenti

Xəbər lenti