...

Azərbaycan prezidenti İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru ilə görüşüb

Siyasət Materials 28 Yanvar 2010 02:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə çərşənbə günü görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan prezidenti İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə çərşənbə günü görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyinin vurğulandığı görüşdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə əməkdaşlığın perspektivləri və Nabukko layihəsi ətrafında fikir mübadiləsi aparıldı.

Yurgen Qrosman Almaniya hökumətinin Nabukko layihəsinə dəstəyini vurğulayaraq, bu sahədə əməkdaşlığın uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti