...

Prezident İlham Əliyev "Edisson" şirkətinin baş icraçı direktoru ilə görüb

Siyasət Materials 28 Yanvar 2010 02:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Edisson” şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev  "Edisson" şirkətinin baş icraçı direktoru ilə görüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Edisson" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də enerji sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulandı.

Umberto Kuadrino "Edisson" şirkətinin bu əməkdaşlıq çərçivəsində yeni bir layihənin - İtaliya hökumətinin də dəstəklədiyi Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəmərinin həyata keçirilməsində maraq göstərdiyini bildirdi və bunun üçün yaxşı perspektivlərin olduğunu dedi.

Azərbaycan tərəfinin həmin layihəni dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından mühüm layihədir.

Xəbər lenti

Xəbər lenti