...

Azərbaycan paytaxtında beynəlxalq axtarışda olan Türkiyə vətəndaşları tutulub - DİN

Siyasət Materials 28 Yanvar 2010 14:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, 6 ildir axtarışda olan Mehmet və Faysal Söyləməz qardaşlarının, qohumları Deniz Daşdemirin Nərimanov rayonu ərazisindəki mənzillərin birində kirayə yaşadıqları müəyyən olunub.
Azərbaycan paytaxtında beynəlxalq axtarışda olan Türkiyə vətəndaşları tutulub - DİN

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında beynəlxalq axtarışda olan Türkiyə vətəndaşları tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, 6 ildir axtarışda olan Mehmet və Faysal Söyləməz qardaşlarının, qohumları Deniz Daşdemirin Nərimanov rayonu ərazisindəki mənzillərin birində kirayə yaşadıqları müəyyən olunub.

Yanvarın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar yaxalanıblar. Onların üzərindən və yaşadıqları mənzillərdən 3 ədəd saxta pasport, Ermənistan, Suriya, İraq, ABŞ və Türkiyə dövlətlərinin milli valyutaları, siyasi ədəbiyyat, xarici mobil operatorlara məxsus simkartlar, çoxlu sayda sənəd və xəritə aşkar edilərək götürülüb.

Adıçəkilən şəxslər 2004-cü ildən cinayətkar birlik yaratmaq, adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən barələrində həbsli axtarış elan edilib.

Faktla bağlı zəruri əməliyyat tədbirləri və araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti