...

Azərbaycan Prezidenti Isveçrə Prezidenti ilə görüşüb

Siyasət Materials 29 Yanvar 2010 03:18 (UTC +04:00)
Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Doris Loyhardın görüşü olmuşdur.
Azərbaycan Prezidenti Isveçrə Prezidenti ilə görüşüb

Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Doris Loyhardın görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xanım Doris Loyhard Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərini xatırlatdı və qeyd etdi ki, bu, çox uğurlu bir səfər olmuşdur.

İsveçrə Prezidenti ölkələrimiz arasında iqtisadi sahədə, eləcə də energetika sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirdi.

Prezident İlham Əliyev İsveçrə ilə əlaqələrimizin müxtəlif sahələrdə, həmçinin iqtisadi sahədə uğurla inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq gələcəkdə bu sahədə əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini bildirdi.

Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika sahələrində ikitərəfli əlaqələr,

Nabukko layihəsi çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti