...

Azərbaycan Hərbi Prokurorluğunda hərbi hissədəki silahlı insidentlə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb

Siyasət Materials 29 Yanvar 2010 15:38 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğundan Trend News-a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Hərbi Prokurorluğunda hərbi hissədəki silahlı insidentlə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silahlı insidentlə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.

Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Respublika hərbi prokurorunun müavini Şəfahət İmanovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb və qrup hazırda hadisə yerindədir.

Xəbər lenti

Xəbər lenti