Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə cümə axşamı Almaniyaya işgüzar səfərə gəlib. Məlumat AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin "Tegel" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksəkvəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar.