...

Türkmənistan Prezidenti BƏƏ-ə səfəri zamanı türkmən süvarilər ilə müşayiət olunacaq

Siyasət Materials 8 Fevral 2010 14:25 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərinə gözlənilən səfəri çərçivəsində keçiriləcək mədəniyyət tədbirlərində türkmən süvariləri iştirak edəcək.
Türkmənistan Prezidenti BƏƏ-ə səfəri zamanı türkmən süvarilər ilə müşayiət olunacaq

Türkmənistan, Aşqabad, 8 fevral / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərinə gözlənilən səfəri çərçivəsində keçiriləcək mədəniyyət tədbirlərində türkmən süvariləri iştirak edəcək.

Prezidentin sərəncamına uyğun olaraq Əbu Dabi şəhərinə (BƏƏ) Türkmən Atları Dövlət Birliyinin at idman qrupu göndərilib. Bu qrup 2010-cu il fevralın 11-ə kimi orada qalacaq.

BƏƏ-yə səfər etmək dəvətini Türkmənistan Prezidentinə 2010-cu ilin yanvarında ölkə prezidenti şeyx Xəlif bin Zeyd əl-Nəhəyyan göndərib. Ünvanlanmış məktubda deyilir ki, yüksək səviyyədə keçiriləcək görüş dostluq əlaqələrini möhkəmləndirmək və qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi həyata keçirməyə imkan verəcək.

Berdiməhəmmədovun səfəri ərəfəsində Əbu Dabidə Türkmənistan investisiya forumu keçirilib. Forum Fars körfəzi, Avropa, Avstraliya, Kanada və digər ölkələrin üç yüzə yaxın nümayəndəsini birləşdirib. Türkmənistan bazarında BƏƏ Dragon OilPetrofac şirkətləri ilə təmsil olunub. Mubadala Development Company Oil & Gas şirkəti ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti