...

Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Siyasət Materials 9 Fevral 2010 10:51 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Abbas Şirinov çərşənbə axşamı Trend News-a bildirib ki, əsgər İbrahim Əlifağa oğlu Əliyev həkimlərin ilkin rəyinə görə, damar divarlarının qan sızmaları ilə müşahidə olunan kəskin iltihabı xəstəliyindən dünyasını dəyişib.
Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Azərbaycan, Bakı, 9 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Abbas Şirinov çərşənbə axşamı Trend -a bildirib ki, əsgər İbrahim Əlifağa oğlu Əliyev həkimlərin ilkin rəyinə görə, damar divarlarının qan sızmaları ilə müşahidə olunan kəskin iltihabı xəstəliyindən dünyasını dəyişib.

Əliyev yanvarın əvvəllərində Cəlilabad Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

MN mətbuat xidmətinin əməkdaşı əsgərin guya "donuz qripi"nə qarşı peyvənddən dünyasını dəyişdiyi barədə yayılan informasiyanı təkzib edib.

Xəbər lenti

Xəbər lenti