...

Türkiyənin xarici işlər nazirinin yaxın vaxtlarda İrana səfəri gözlənilir

Siyasət Materials 9 Fevral 2010 16:52 (UTC +04:00)
İran 20 faizə qədər uranın zənginləşdirilməsinə başlamaq haqqında qərarını elan etdikdən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı artıq baş tuta biləcək Tehran səfərini bəyan edib. Məlumatı CNN Türk telekanalının internet saytı yazır.
Türkiyənin xarici işlər nazirinin yaxın vaxtlarda İrana səfəri gözlənilir

İran 20 faizə qədər uranın zənginləşdirilməsinə başlamaq haqqında qərarını elan etdikdən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı artıq baş tuta biləcək Tehran səfərini bəyan edib. Məlumatı CNN Türk telekanalının internet saytı yazır.

Davutoğlu İrana gözlənilən səfəri haqqında məlumatı təsdiqləyərək bəyan edib ki, səfərin müddəti İranın xarici işlər naziri Mənüçöhr Müttəki ilə bu gün səhər telefon danışığı zamanı razılaşdırılıb.

Türkiyənin xarici işlər naziri səfər zamanı İran Prezidenti Mahmud Əhmədinejad və iranlı həmkarı Müttəki ilə danışıqlar aparmağı planlaşdırır.

Davutoğlu bəyan edib ki, Tehrana ya bu gün axşam, ya da fevralın 10-u Qazaxıstana rəsmi səfərindən sonra gedəcək.

Türkiyəli nazirin qarşıda duran səfəri İranın sahib olduğu 20 faizə qədər uranın zənginləşdirilməsi prosesinə başlamaq fonunda keçiriləcək.

Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE ) öz ərazilərində uranın zənginləşdirilməsinə çərşənbə axşamı başlamaq niyyətində olması barədə xəbər verib. İranın sözügedən təşkilatdakı daimi nümayəndəsi Əli Əsgər Sultani bildirib ki, MAQATE-yə müvafiq rəsmi məktub təqdim edilib. Məlumatı RİA Novosti yazır.

Türkiyəli nazirin sözlərinə görə, Türkiyə İranın nüvə proqramına dair diplomatik danışıqları davam etdirmək üçün bütün imkanları və qapıları açıb.

İran Prezidenti Mahmud Əhmədinejad Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehə 20 faizə qədər zənginləşdirilmiş uranın istehsalı - tibbi izotoplar istehsal edən elmi tədqiqi atom reaktoruna lazım olan nüvə yanacağı istehsalına başlanması ilə bağlı əmr verib. Tehran MAQATE mütəxəssislərinə uranın zənginləşdirilməsi üzrə işlərin keçirilməsi zamanı Natanzedəki zavodda iştirak etməyi təklif edir.

Xəbər lenti

Xəbər lenti