...

Azərbaycan Prezidenti bəzi qanunlara dəyişikliklərin tətbiqinə dair sərəncam imzalayıb

Siyasət Materials 12 Fevral 2010 10:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət Qulluğu haqqinda” Qanuna dəyişikliklərlə bağlı qanunun tətbiqi olunması haqqında sərəncam imzalayıb, AzərTAc xəbər agentliyi məlumat verir.
Azərbaycan Prezidenti bəzi qanunlara dəyişikliklərin tətbiqinə dair sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev  "Dövlət Qulluğu haqqinda" Qanuna dəyişikliklərlə bağlı qanunun tətbiqi olunması haqqında sərəncam imzalayıb, AzərTAc xəbər agentliyi məlumat verir.

Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin uyğunlaşdırılması barədə təkliflər hazırlamalı, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməlidir.

Nazirlər Kabineti öz səlahiyyətləri daxilində "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə" Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Prezidentin növbəti sərəncamı "İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında" Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi ilə əlaqədardır.

Həmin sərəncamla Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında" Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabineti özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti