...

Rusiyanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

Siyasət Materials 12 Fevral 2010 17:45 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 21-22-də Qazaxıstana səfər edəcək. Bunu Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərov Trend News-a deyib.
Rusiyanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

Qazaxıstan, Astana, 12 fevral / Trend , müxbir K.Konırova/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 21-22-də Qazaxıstana səfər edəcək. Bunu Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərov Trend -a deyib.

"Səfərin məqsədi Qazaxıstan rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə etməkdir", - İlyas Ömərov deyib.

Səfərin aktuallığı Qazaxıstan-Rusiya səviyyəsində əldə edilən əməkdaşlığın dərinləşməsinin vacibliyi və iki ölkə arasında çoxtərəfli əlaqələrin gələcək inkişafı ilə şərtlənib.

"Söhbət, xüsusilə, qitədə siyasi stabillik məsələsinin həllində imkanların genişləndirilməsindən və iki ölkənin bütün istiqamətlərdə potensialının tam açılmasından gedir", - Ömərov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti