Azərbaycan-İran münasibətləri daim inkişaf etdirilməlidir - Parlamentin sədri

Siyasət Materials 23 Fevral 2010 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir A. Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin fikrincə, Azərbaycan-İran münasibətlərinə populist yanaşma var və bu real deyil.

"Azərbaycan-İran münasibətləri daim inkişaf etdirililməlidir. Belə ki, bizim İranla 657 kilometrlik sərhədiimiz var", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Respublikasına səfəri ilə bağlı bildirib.

Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Əsədovun sözlərinə görə, səfər zamanı İranın bütün dövlət strukturları ilə görüşlər keçirilib. "Hər bir görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub və Azərbaycanın ərazi bütövlüyü dəstəklənib", - spiker əlavə edib.

Onun fikrincə, Azərbaycan təkcə İranla deyil, regionun bütün ölkələri ilə əlaqələrini yüksək səviyyədə qurmalıdır.

Xəbər lenti

Xəbər lenti